A

UNEC-in Biznes və menecment fakültəsində 17 noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş seminar keçirilib.

Seminarda Humanitar fənnlər kafedrasının müəllimi professor Nizami Süleymanov məruzə ilə çıxış edərək, tələbələrə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verib.  Tədbirdə Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Bildirilib ki, ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunub. Həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay