A

Noyabrın 18-də UNEC-in tələbəsi, Vətən müharibəsinin şəhidi Əsəd Əsədlinin şəhadətə ucalmasının üçüncü  ildönümü idi.

Şəhidin ildönümü münasibətilə UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, UNEC THİK-in sədri İlkan Əliyev və fəal tələbələr Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini anıblar, məzarı önünə gül dəstələri qoyublar.

Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Fəxri Xiyabanda Əsəd Əsədlinin xatirəsini yad edənlər qarşısında çıxış edərək, onunla bağlı xatirələrini bölüşüb, bütün tələbələrin Əsədi tanımağını tövsiyyə edərək, onun tələbəlik illərindən bəhs edib.

Şəhidin atası Mahir Əsədov oğlu ilə bağlı xatirələrini bölüşüb, təhsil aldığı universitetin müəllim və tələbələrinin, eləcə də döyüş yoldaşlarının onun ziyarətin olunmasından Əsədin ruhunun da şad olacağından əminliyini ifadə edib. 

Əsəd Əsədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay