A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və CEFAM ilə Erasmus+ proqramı çərçivəsində mübadilə proqramına müraciət edən UNEC-in 33 tələbəsindən birinci sınaqdan (ingilis dili imtahanından) uğurla keçən 17-si ilə skype proqramı vasitəsilə müsahibə keçirilib.

Skype musabiqəsi ilə eyni zamanda inşa müsabiqəsi də aparılacaq. Tələbələr “Azərbaycan iqtisadiyyatının şaxələnməsi” mövzusunda 1500 sözdən ibarət yazılı inşa təqdim edəcəklər və tərəfdaşların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər.Müsabiqənin sonunda bütün sınaqlardan uğurla keçən 5 UNEC tələbəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərçivəsində Fransada bir semestr ərzində təqaüdlü təhsil almaq şansı qazanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay