A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə UNEC THİK-in sədri İlkan Əliyev Gəclər Günü münasibətilə tələbələri təbrik edərək, Azərbaycan gənclərinin fəaliyyəti, dövlətin gənclər siyasəti, həyata keçirilən dövlət proqramları, gənclərin ölkənin ictimai-siyasi həyatındakı önəmli rolundan danışıb. Ulu öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövlətinin qazandığı bütün böyük uğurlarda gənclərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

Sonra UNEC-in tələbə rektoru Aysel Rzazadə, Tələbə Gənclər Təşkilatının sədr müavini Banuçiçək İskəndərova, Tələbə Elmi Cəmiyyətinin sədr müavini İlham Qulamhüseynov, UNEC THİK-in nəzdində Tarix klubunun rəhbəri Ziyad Ağazadə və UNEC THİK-in nəzdində elm komissiyasının sədri Nigar Abdullayeva çıxış edərək, gəncləri təbrik ediblər.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Elxan İsgəndərov, Vüsal Aslanlı, Tərlan Hüseynzadə, Gülər Ağayeva şeirlər səsləndiriblər. Sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda UNEC-in sosial-ictimai həyatında fəaliyyəti ilə fərqlənən tələbələri “2 Fevral -Azərbaycan Gəncləri Günü” münasibətilə “Təşəkkürnamə”lərlə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay