A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələri barədə həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən danışıb.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın müddətdə həyata keçirilən soyqırım siyasəti barədə tarixi məlumatları tələbələrə çatdırıb. Tarixçi alim H.Cəfərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən də bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay