Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində müəllim və tələbələrin iştirakı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə dekan müavini Elbrus Əkbərov açaraq, Çar Rusiyası və erməni daşnakları tərəfindən xalqımızın başına tarixən gətirilən müsibətlərdən danışıb.
Sonra “Humanitar fənlər” kafedrasının professoru, tarix elmiləri doktoru Nizami Süleymanov məruzə ilə çıxış edərək, Cənubi Qafqazda baş vermiş qırğınların tarixindən, səbəbləri və məqsədlərindən danışıb. N.Süleymanov vurğulayıb ki, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı ən ağır və dəhşətli soyqırımlarından biri olub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.