A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş bədii tədbir keçirilib.

Tədbirdən öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən fakültə dekanı Prof.Dr. Mehmet Yüce bildirib ki, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən qanlı faciələrindən olan 1918-ci ilin mart soyqırımları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir.

Tədbirdə “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov qeyd edib ki, Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı, törətdikləri vəhşiliklər barədə danışıb.

Sonra tələbələr şeirlər səsləndiriblər. Sonda tədbir  “31 Mart Soyqırımı adlı filmlə yekunlaşıb.

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay