A

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri ISE-nin direktoru dosent İnarə Rzayeva açaraq, soyqırım aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldığını deyib.        

Tədbirin sonunda ISE-nin tələbəsi Ərrəhman Zeynalovun rəhbərliyi ilə ISE "Actomania" klubun hazırladığı "31 mart soyqırımına" aid videoçarx nümayiş olunub.

 

TOP XƏBƏRLƏR