Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində insan hüquqları və azadlıqlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov çıxış edərək, müstəqil Azərbaycanın insan hüquqları sahəsində atdığı mühüm addımlar barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, bu istiqamətdə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq institutlarla əməkdaşlığın genişləndirilməsi ölkəmizdə insan hüquqlarına verilən yüksək dəyərin göstəricisidir.
Sonra fakültənin dekan müavini Mehriban Kərimzadə mövzu ətrafında fikirlərini bölüşüb, insan hüquqları ilə bağlı maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.