A

UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə COP 29 çərçivəsində “İqlim dəyişikliyi səbəbləri və mübarizə” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova çıxış edərək, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyəti və  bu il respublikamızda keçiriləcək COP29 konfransının əsas məqsədindən bəhs edib.

“Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması prosesləri və su çatışmazlığı ilə bağlı problemlərdən, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi, “Ekologiya” ixtisasının rəhbəri i.ü.f.d. Fidan Qurbanova isə iqlim dəyişikliyinə səbəb olan əsas amillərdən, istixana qazları, karbon qazı və metanın burada əsas rolundan və iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılması üçün mübarizə yollarından bəhs edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay