A

UNEC-in "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının təşkilatçılığı ilə UNEC-in nəzdində olan Maliyyə və iqtisad kollecində  “COP-29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə kafedranın dosenti Afaq Hacıyeva çıxış edərək, dünyada baş verən qlobal ekoloji problemlərdən, iqlim dəyişmələri, onun  ölkələrin təsərrüfatına və əhali sağlamlığına təsiri haqqında məlumat verib. Məruzəçi eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin vacibliyini və əhəmiyyətini qeyd edərək, bu il respublikamızda keçiriləcək COP29 konfransının əsas öhdəliyi və keçirilmə məqsədləri haqqında da danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay