A

Kiçik və Orta Biznes İnkişafı Agentliyinin (KOBİA) maliyyələşdirdiyi “Biznes mühitində tədqiqat bacarıqlarının artırılması və sahibkarlıqda rəqəmsal kompetensiyalar” adlı layihə çərçivəsində silsilə təlimlər davam edir.

Layihə çərçivəsində qonaq spiker UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı tərəfindən UNEC tələbələrinə "İnflyasiya və faiz dərəcələrinin sahibkarlıq subyektlərinin fəaliyyətinə təsiri” mövzusunda təlim keçirilib.

Təlimdə inflyasiyanın sahibkarlıq subyektlərinin fəaliyyətinə təsiri, kapitalın dəyəri, investisiya qərarları, istehlakçı davranışı, biznesin planlaşdırılması və qiymətləndirmə, risklərin idarə edilməsi, makroiqtisadi mühitin sahibkarlığa təsiri kimi məqamlara toxunulub.

Təlimin interaktiv hissəsində tələbələrə öyrədilmiş biliklərin tətbiqini təkmilləşdirmək məqsədilə simulyasiya oyunları keçirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay