A

Dünyada milyonlarca hadisə baş verir, bütün bu baş vermiş hadisələr təbiətdə müəyyən hadisələrə səbəb olur, dünya nüfuzunun günü-gündən artımı baş verən prosesləri sürətləndirir və ən çox ziyan təbiətlə yanaşı, ətraf mühitdə olan canlılara da təsir edir. Müəyyən vaxtdan sonra elm adamları, alimlər təbiətdə baş verən dəyişikliklərin və qlobal temperaturun artdığını gördükdə bir sıra tədbirlər həyata keçirməyə başlayır. Günümüzə nəzər salsaq, son illər ərzində bir çox regionlar qlobal iqlim dəyişikliyinə məruz qalmış, təsirlənmişdir ki, məhz buna görə də dünyada davamlı inkişafa nail olmaq müasir dövrün qlobal iqtisadi və sosial problemlərindən birinin həlli hesab olunur. Qlobal iqlim dəyişliklikləri ilə bağlı beynəlxalq səviyyəli tədbirlər və əməkdaşlıqlar üçün bütün dövlətlər əllərindən gələni etməsinə baxmayaraq, yenə də iqlim dəyişikliyi qlobal səviyyəli olmağa davam edir. Tarixdə keçirilən ən vacib konfranslar əsasən aşağıdakılar hesab olunur: 1992-ci il Rio-de-Janeyro BMT- nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası, 1997-ci ildə Kioto protokolu və Paris konfransları və s.

Dünyada fəaliyyət göstərən NASA Goddard Kosmik Tədqiqatlar İnstitutunun apardığı proqnoz və araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1880-ci ildən başlayaraq, hər 20 ildən bir temperatur azalmağa, 1980-ci illərdən etibarən isə iqlim temperaturu artmağa başlamış və 2022-ci ildə ən pik həddə çatmışdır. 1940-cı illərdə temperatur -0,25 0C  aşağı düşmüş, daha sonra isə 1960-1980-ci illərdə 0,25 0C  artmış, 1980-2000 -ci illər aralığında isə 0,5 0C artmış, 2000-2020-ci illərdə isə 0,75 0C artmağına baxmayaraq, 2022-ci ildə temperatur 0,89 0C artaraq, pik həddə çatmışdır.

Qlobal iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsi nəticəsində dünyada istixana qazlarının səviyyəsinin aşağı düşməsi hədəflənir. İllər ərzində baş verən bütün bu proseslərin qarşısnı almaq üçün çox qısa zaman bəs etmir. Təbii ki, bu proseslər ərzində aparılan monitorinq tədbirlərin çox böyük əhəmiyyəti var.
Məhz buna görədə alimlərin apardığı araşdırmalar davam etdirilərək hər il keçirilməsi nəzərdə tutulan konfranslarda 
təbiətə faydalı qərarlar qəbul ediləcəkdir.

 Vüsalə Mirzəyeva,

Azərbaycan Dövlət İqtisad Universitetinin  Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay