A

2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının “Sudan səmərəli istifadənin təşviq edilməsi” məqsədinə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “İqlim dəyişikliyi və su təhlükəsizliyi: gələcək risklər və həll yolları” mövzusunda seminar keçirilib.

Tədbiri Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, su ehtiyatlarının qorunmasının qlobal miqyasda əhəmiyyətindən danışıb, iqlim dəyişikliyi, əhali artımı və sənayeləşmə fonunda suya olan tələbatın sürətlə artdığını vurğulayıb, tələbələrin bu sahədə maarifləndirilməsinin vacibliyini bildirib və seminarın əsas məqsədinin su ehtiyatlarından qənaətli və düzgün istifadə vərdişlərinin formalaşdırılması olduğunu qeyd edib.

Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Mehriban Əskərova çıxış edərək, iqlim dəyişikliyinin su ehtiyatlarına təsir edən əsas amilləri barədə məlumat verib, su təhlükəsizliyinin gələcək nəsillər üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ekosistemlərin qorunması, su ehtiyatlarının ədalətli bölüşdürülməsi və effektiv idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübələrdən söz açıb, iqlim dəyişmələrinin yaratdığı risklərin azaldılması üçün təhsil müəssisələrində ekoloji maarifləndirmənin genişləndirilməsinin vacibliyini qeyd edib. O, tələbələri qlobal su böhranının sosial-iqtisadi təsirləri, davamlı inkişaf məqsədləri çərçivəsində su resurslarının idarə olunması və ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumatlandırıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay