A

UNEC-in Mühəndislik fakültəsində 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib.

Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva tələbələrə Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verib. O, qeyd edib ki, Milli Dirçəliş – öz tarixini bilmək, köklərindən güc almaq və müstəqilliyi qorumaq deməkdir. Həmin ruh nəticəsində dövlət müstəqilliyimiz 1991-ci ildə bərpa olunub. Dekan müavini vurğulayıb ki, həmin günlərdə xalqımızın içində susdurulmağa çalışılan milli ruh yenidən alovlanmış və millətimiz bir yumruq kimi öz sözünü deməyi bacarmışdır.

S.Abdullayeva həmçinin bildirib ki, bu gün biz həmin ruhu yaşatmalı, tariximizi dərindən öyrənərək müstəqilliyimizi hər zaman qorumağa hazır olmalıyıq. Sağlam düşüncə, milli birlik və həmrəylik sayəsində ölkəmizin gələcəyini daha da gücləndirəcəyik.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və Milli Dirçəliş Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay