A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Dövlət qulluğu nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi Rəşad Əbilzadə çıxış edərək dövlət qulluğunun mahiyyəti, hüquqi əsasları və bu sahədə peşə fəaliyyətinin xüsusiyyətləri barədə geniş məlumat verib. O, bildirib ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi üçün dövlət qulluqçularının vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

R.Əbilzadə qeyd edib ki, dövlət qulluqçusu müəyyən olunmuş qaydada maaşlı dövlət vəzifəsini tutan, dövlət büdcəsindən maliyyələşən və vəzifəyə qəbul edilərkən dövlətə sadiqlik andı içən vətəndaşdır.

Müəllim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının 16 yaşına çatmış, qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun peşə hazırlığı olan, dövlət dilini sərbəst bilən hər bir vətəndaş irqindən, dinindən, sosial mənşəyindən və digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq dövlət qulluğuna qəbul edilmək hüququna malikdir. Namizədlər üçün bakalavr diplomunun olması isə əsas şərtlərdən biridir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay