UNEC Dizayn Məktəbində insan hüquqlarının mahiyyəti və əhəmiyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə UNEC Dizayn Məktəbinin müəllimi Aytən Yusifkənan çıxış edərək insan hüquqları, insan azadlıqları və müasir cəmiyyətdə bu prinsiplərin qorunmasının vacibliyi barədə geniş məruzə ilə çıxış edib. O, insan hüquqlarının beynəlxalq və milli hüquqi sənədlər çərçivəsində təmin olunması, bu hüquqların tarixi inkişafı və sosial həyatda rolu haqqında ətraflı məlumat verib.
Aytən Yusifkənan vurğulayıb ki, insan ləyaqətinə hörmət və hüquqlara riayət olunması hər bir cəmiyyətin inkişaf göstəricilərindən biridir. Bu baxımdan, gənc nəslin hüquq mədəniyyətinin yüksəldilməsi, onların maarifləndirilməsi və humanizm prinsiplərinə sadiqliyinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.