A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə 27 sentyabr - Anım Günü qeyd edilib.

Kollecin direktoru Şəhriyar Laçınov tədbirdə çıxış edərək, öz növbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın  birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən  kollecin  sosial və humanitar məsələlər üzrə direktor müavini  Zaur Vəliyev Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycan dövləti, xalqı və ordusunun dəmir yumruq kimi birliyi hesabına qazanıldığını qeyd edib.

Kollecin kollektivi həmçinin Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay