A

UNEC-in Biznes və menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov və fakültə əməkdaşlarının I kurs tələbələri ilə görüşü keçirilib.

M.Əhmədov tədbirin əvvəlində birinci kursları təbrik edib və təhsillərində uğurlar arzulayıb.

Tədbirdə fakültə barədə tələbələrə məlumat verilib.  M.Əhmədov çıxışında fakültəyə “Biznesin idarə edilməsi”,  “Menecment”,  “Marketinq”,  “Beynəlxalq ticarət və logistika”  ixtisasları üzrə 516 nəfər tələbənin qəbul olduğunu və fakültədə bütün ixtisaslar üzrə keçid ballarının keçən illə müqayisədə  yüksəldiyini bildirib. Fakültədə ən yüksək nəticənin “Biznesin idarəedilməsi” ixtisası üzrə 609.6 bal olduğu qeyd olunub.

 Sonra tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay