A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Hüseyn Muradovun anım günüdür.

Nizami rayonu Şəhidlər Xiyabanında keçirilən anım günü mərasimində şəhidin ailə üzvləri ilə yanaşı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov, dekan müavinləri, İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri dosent Elşən Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Amin Talıbzadə, Rəqəmsal Könüllülər Təşkilatının sədri Əsədullah Ərəbi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədr müavini Ziyad Ağayev və tələbələr iştirak edib.

UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Hüseyn Muradov sentyabrın 27-dən isə Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində başlayan döyüşlərdə pulemyotçu kimi döyüşüb. Oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay