A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Anar Qarayevin anım günüdür.

Zaqatala rayonu Şəhidlər Xiyabanında keçirilən anım günü mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, universitetin əməkdaşları və tələbələr də iştirak ediblər.

UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.

Anar Qarayev oktyabrın 4-də Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündə sonra “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay