A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Qarabağın azadlığı uğrunda şəhid olmuş məzunlar - Böyükağa Şahverdiyev, Anar Qarayev, Əhmədağa İsgəndərovun məzarlarını ziyarət ediblər.  

Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, THİK-in sədri İlkan Əliyev və tələbələr Kürdəxanı kənd qəbirstanlığında dəfn olunan şəhid Əhmədağa İsgəndərovun məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

UNEC-in Zaqatala flialının direktoru, Rəqəmsallaşma üzrə prorektor dos. Raqif Qasımov, tədris və elm işlər üzrə direktor müavini dos. Qədimova Həqiqətvə filialın tələbələri isə Qax rayonu Almalı kənd şəhid məzarlığında dəfn olunan şəhid Anar Qarayevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, xatirəsini yad ediblər.

Anım günündə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Böyükağa Şahverdiyevin də məzarı ziyarət olunub. İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri  dos. Elşən Məmmədov  Biləsuvardakı “Cəbrayıl qəsəbəsi”ndə salınmış Şəhidlər Xiyabanında şəhidin ailə üzvləri ilə birlkdə məzarını ziyarət ediblər.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay