A

Oktyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Eldar Əliyevin anım günü idi.

Əhmədli kənd qəbiristanlığında qeyd olunan Anım günü tədbirində UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, UNEC THİK-in sədr müavini Günay Ağazadə, Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) dekan müavini Cəvahirxanım Məmmədova, Rəqəmsal Könüllülər Təşkilatının sədri Əsədullah Ərəbi və tələbələr iştirak ediblər.

UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay