A

Oktyabrın 15-də, Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Əbil Cəbizadənin anım günü idi.

Sumqayıt Şəhidlər Xiyabanında qeyd olunan anım günü tədbirində THİK-in sədri İlkan Əliyev, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov  və tələbələr iştirak ediblər.

UNEC kollektivi Vətən müharibəsində şəhid olan Cəbizadə Əbilin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay