A

Oktyabrın 17-də, Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Əli Ələkbərovun anım günü idi.

Xırdalan Şəhidlər Xiyabanında keçirilən anım günü mərasimində İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov, dekan müavinləri, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Məmmədov Elşən, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Amin Talıbzadə, Tələbə Rektor Nihad İsgəndərov iştirak ediblər.

UNEC kollektivi Vətən müharibəsində şəhid olan Əli Ələkbərovun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR