UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
15 komandanın iştirak etdiyi, gərgin mübarizə ilə keçən yarışda I yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin (lSE) "5,56" komandası, II yeri Biznes və menecment fakültəsinin "İstiqlal" komandası, III yeri İqtisadiyyat və idarəetmə fakültəsinin "Difai" komandası tutub.
Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri Rüstəm Nəzirov, Telman İsmayılov, Nadir Əliyev və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev qalib komandaları təbrik edərək, onlara kubok, medal, diplom və simvolik hədiyyələr təqdim ediblər.