UNEC-in Rus İqtisad Məktəbində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov tədbirdə çıxış edərək, Dövlət Bayrağı Gününün tarixindən, xalqımızın bayrağa verdiyi dəyərdən söz açıb. O, bayrağın xalqın azadlıq, birlik və iradəsinin rəmzi olduğunu qeyd edərək, onun hər bir dövlətin suverenliyini ifadə etdiyini bildirib. Bayrağın xalqımızın mədəniyyətində, tarixində və gündəlik həyatında xüsusi bir yer tutduğunu, milli birliyi və dövlətçilik ənənələrini əks etdirdiyini vurğulayıb.
Sonra tələbələr milli dövlətçiliyimizin rəmzi olan bayraq haqqında fikirlərini bölüşüblər.