A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən "İqtisadçı" intellektual oyun klubunun təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.

Müxtəlif fakültələrdən olan komandaların iştirak etdiyi, gərgin mübarizə ilə keçən bilik yarışında I yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) "Turan" komandası, II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) "Qarabağ İQnobelləri" komandası, III yeri isə Maliyyə və mühasibat fakültəsinin "44" komandası qazanıb.

Sonda Beynəlxalq İqtisadiyyat Məktəbinin dekanı dos.İnara Rzayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı dos Hafis Hacıyev və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev qalib komandaları təbrik edərək, onlara kubok, medal, diplom və müxtəlif hədiyyələr təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay