A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 17 Noyabr- Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Münəvvər Həsənli və tələbələr iştirak ediblər.

Dekan müavini Cavahirxanım Məmmədova Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olan 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə hər kəsi təbrik edərək, ölkəmizin ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşməsini, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələnin başlanması barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Dirçəliş gününə həsr edilmiş film nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay