UNEC-in Təcrübənin təşkili şöbəsinin əməkdaşları ilə “Aviation Services Group” (ASG) şirkətlər qrupunun nümayəndələri arasında onlayn görüş keçirilib.
Şirkətin İnsan Resursları və Ümumi kargüzarlığın təşkili üzrə baş direktorunun müavini Səadət Hadıyeva, Personalın seçimi və inkişafı şöbəsinin rəisi Ülviyyə Məmmədova və daxili audit üzrə menecer Ziya Mikayilovun iştirakı ilə baş tutan görüşdə UNEC-in bakalavriatura səviyyəsində təhsil alan təhsilin III və IV kurs tələbələri üçün staj və təcrübə proqramları ilə bağlı müzakirələr aparılıb, birgə əməkdaşlığa dair istiqamətlər müəyyənləşdirilib.