6 dekabr tarixində Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Hacıyev Ülvinin anım günü idi.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin dəfn olunduğu gündə şəhidin ailə üzvləri ilə yanaşı, Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos.Gülnarə Rzayeva, THİK-in sədri İlkan Əliyev, departamentin və UNEC Biznes Məktəbinin əməkdaşları və tələbələr iştirak ediblər.
İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.