Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Yeni il şənliyi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Şənlikdə THİK sədri İlkan Əliyev, tələbə təşkilatlarının sədrləri və fəal tələbələr iştirak ediblər.
Tədbirin rəsmi hissəsində İkan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbələri təbrik edibl, qarşıdan gələn ilin uğurlu olmasını arzulayıb.
Tədbirdə universitetin və komitənin həyatında göstərdikləri fəaliyyətlərinə görə UNEC-in məzun fakültə sədrlərinə “Fəxri Fərman”, 2023/2024-cü il tədris ilində göstərdikləri fəaliyyətlərinə bir sıra fakültə sədrləri, komissiya sədrləri və fəal tələbələr Təşəkkürnamə ilə təltif olunublar.
Tədbir əyləncəli bədii-hissə ilə davam edib.