UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 20 Yanvar - Ümümxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə fakültə dekanı Dr.Yusif Əliyev, dekan müavini Cavahirxanım Məmmədova, "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları çıxış edərək, qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd ediblər. 20 Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.
Tədbirin sonunda Qanlı Yanvar hadisələrini əks edən film nümayiş etdirilib.