UNEC-in 95 illiyi çərçivəsində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ilk dəfə “İlin Ən Yaxşı Tələbəsi” müsabiqəsi təşkil olunub.
Müsabiqənin məqsədi tələbələr arasında ictimai-sosial fəallığın artırılması, sağlam rəqabət mühitinin yaradılması, elmi və akademik marağın təşviq olunması, eyni zamanda, fərqlənən tələbələrin fəaliyyətinin qiymətləndirilməsi olub.
Hər fakültədən bir tələbə olmaqla, ümumilikdə 13 fakültə üzrə seçilən gənclər “İlin Ən Yaxşı Tələbəsi” adına layiq görülüblər. Fakültə dekanları tərəfindən namizədliyi irəli sürülən və seçilən tələbələr UNEC rektoru, professor Ədalət Muradovun adından fəxri fərmanla, UNEC THİK tərəfindən isə plaket və müxtəlif hədiyyələrlə təltif olunublar.