UNEC-in Türk Dünyası İqtisad fakültəsində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici seminar təşkil olunub.
Seminarda fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və fakültənin tələbələri iştirak ediblər.
Tədbirin məqsədi tələbələrin insan hüquqları sahəsində bilik və məlumatlılıq səviyyəsinin artırılması, həmçinin “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçirilən maarifləndirmə fəaliyyətlərinə töhfə vermək olub.
Seminarda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqi maarifləndirilməsi, bu sahədə mövcud çağırışlar və qarşıda duran vəzifələr müzakirə olunub.
Çıxış edənlər insan hüquqlarına hörmətin, qanunun aliliyinin və demokratik dəyərlərin cəmiyyətin inkişafındakı mühüm rolunu vurğulayıblar. Bildirilib ki, insan hüquqlarının qorunması hüquqi dövlətin əsas prinsiplərindən biridir və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.