UNEC Psixoloji Xidmət Mərkəzi və Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) birgə təşkilatçılığı ilə “Asudə vaxtın səmərəli təşkili” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Cəvahirxanım Məmmədova tələbələrə asudə vaxtın səmərəli təşkili və ölkədə bu sahədə görülən işlər haqqında məlumat verib.
Sonra Psixoloji xidmət mərkəzini psixoloqu Mərziyə Əzməmmədova asudə vaxtın səmərəli keçirilməsinin insan həyatına müsbət təsirlərindən bəhs etmiş, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və sağlam gəncliyin təməlinin düzgün qoyulmasının asudə vaxtından asılı olduğunu vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.