A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Tullantıların səmərəli idarə olunması” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Seminarda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov çıxış edərək müasir dövrdə maddi nemətlərin yüksək istehlakı nəticəsində yaranan tullantı həcminin artmasından danışıb. O vurğulayıb ki, bu problem artıq qlobal xarakter alıb və demək olar ki, hər bir ölkə məişət tullantılarının idarə edilməsində müəyyən çətinliklərlə üzləşir.

Tədbir zamanı qeyd olunub ki, tullantıların sadəcə poliqonlara atılması problemin əsas həlli kimi görünsə də, bu metod ətraf mühitə ciddi zərər vurur və ekoloji böhranı daha da dərinləşdirir.

Dosent Adik Məmmədov alternativ yanaşmaların vacibliyini vurğulayaraq bərk məişət tullantılarının idarə olunmasında daha ekoloji və davamlı üsullar haqqında geniş məlumat verib.

Seminar tələbələr və müəllim heyəti tərəfindən maraqla qarşılanıb və tullantıların səmərəli idarə olunması mövzusunda fikir mübadiləsi ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR