A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının “Sosial iş” ixtisası üzrə təhsilalan tələbələri, kafedranın dosenti, ixtisas rəhbəri və mentor Fəridə Qurbanovanın təşəbbüsü ilə sosial yönümlü tədbir həyata keçirilib.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” və “Qurban Bayramı” münasibətilə təşkil olunan tədbir çərçivəsində UNEC tələbələri “Sevgi Evi” qadın və uşaq sığınacağına baş çəkiblər. Görüş zamanı uşaqlara bayram sovqatları və müxtəlif hədiyyələr təqdim olunub, eyni zamanda onlarla müxtəlif interaktiv fəaliyyətlər, oyunlar və əyləncəli proqramlar həyata keçirilib.

Tədbirdə UNEC tələbələrinin sosial aksiyalarda fəal iştirakının cəmiyyət üçün faydalı olduğu və onların şəxsi inkişafına müsbət təsir etdiyi xüsusi vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay