A

İndoneziya vətəndaşı olan Lia Agustina Feronika Simanjuntak UNEC Biznes Məktəbində (MBA) “Qida məhsullarının keyfiyyətinin idarə edilməsi” ixtisası üzrə magirstr təhsili alır.

O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının qalibi olaraq UNEC-də təhsil almaq hüququ qazanıb. 2-ci kursda oxuyan Lia Azərbaycandakı tələbə həyatı, UNEC-dəki təhsili və ölkəmiz haqqında təəssüratlarını UNEC News-la bölüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış müsahibəni həm də videomüsahibə formatında oxuculara təqdim edirik:

“Mən İndoneziyadan gəlmişəm. UNEC-ə qəbul olunmağım Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd proqramı sayəsində mümkün oldu. Bu fürsəti qazandığım üçün çox şanslıyam və Azərbaycan hökumətinə minnətdaram.

Təqaüd proqramına müraciət edərkən bizə universitetlər və proqramlar haqqında geniş məlumat verildi. Mən bakalavr təhsilimi aqrar texnologiyaları sahəsində almışdım və UNEC-in təqdim etdiyi MBA proqramı mənim gələcək planlarıma tam uyğun idi. Ona görə tərəddüd etmədən UNEC-i seçdim.

Bakıya gəlməzdən əvvəl universitet və ölkə haqqında məlumat toplamaq çətin olmadı. UNEC-in rəsmi saytı və digər resursları beynəlxalq tələbələrə lazımi məlumatları əlçatan formada təqdim edir. Azərbaycan, rus, həm də ingilis dillərində təqdim olunan məlumatlar mənim üçün çox faydalı oldu.

Təbii ki, tropik ölkədən gəldiyim üçün buranın dili və iqlimi ilə bağlı bir qədər çətinlik çəkəcəyimi düşünürdüm, amma çətin olmadığını gördüm. Nəqliyyat və digər xidmətlərdə çoxdilli məlumatlar təqdim olunur. İnsanlar çox yardımsevər olduqları üçün istənilən sualı rahatlıqla verə bilirəm.

...UNEC mənə beynəlxalq səviyyədə ünsiyyət bacarığı qazandırdı. UNEC-də təhsil almaqla yanaşı, müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qururam. Bu, mənim ünsiyyət bacarıqlarımı inkişaf etdirməyə çox kömək edir. Buradakı çoxdilli mühit mənim üçün xüsusilə maraqlıdır və unkial təcrübədir.

İnsanlar olduqca mehriban və yardımsevərdirlər. Dərslər ingilis dilində keçirilsə də, müəllimlər və tələbələr digər dilləri də yaxşı bildikləri üçün bəzən fərqli dillərdə də danışırlar. Bu mühit çox maraqlıdır və mənim üçün böyük bir təcrübədir.

Bakı çox gözəl şəhərdir. Tarixi binalar, İçərişəhər və bulvarı çox sevirəm. Kampusum bu gözəlliklərlə əhatə olunub və dərsdən sonra dostlarımla həmin məkanlarda vaxt keçirməkdən zövq alıram.

Müsahibənin sonunda Lia UNEC-in beynəlxalq səviyyədə tanınan bir universitet olduğunu vurğulayaraq digər xarici tələbələri də buraya müraciət etməyə çağırır:

“UNEC-in iqtisadiyyat, menecment və biznes sahəsində böyük nüfuzu var. Əgər siz də magistratura, doktorantura və ya bakalavr təhsilinizi xaricdə davam etdirmək istəyirsinizsə, tərəddüd etmədən UNEC-ə müraciət edin. Bu, sizin üçün də unikal təcrübə olacaq”.

VİDEOMÜSAHİBƏ:

TOP XƏBƏRLƏR