A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin şəhid məzunu Böyükağa Şahverdiyevin şəhadətinin beşinci ildönümü qeyd edilib.

Anım mərasimində UNEC İqtisadiyyat və idarəetmə fakültəsinin katibi dosent Pərviz Səmədov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri  dosent Elşən Məmmədov, şəhidin ailə üzvləri və tədbir iştirakçıları Böyükağa Şahverdiyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Böyükağa Şahverdiyev 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

TOP XƏBƏRLƏR