TUDİFAK-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova və tələbələr iştirak ediblər. Dekan müavini çıxışında Azərbaycanın müstəqillik yolunun şərəfli və eyni zamanda çətin mərhələlərindən bəhs edərək, bu günün gənclərin milli ruhda formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra tələbələr tərəfindən 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş bədii kompozisiyalar, şeirlər və videoçarx təqdim olunub.
Tədbirin sonunda iştirakçılar Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişaf etdirilməsi istiqamətində gənclərin fəal rolunun önəmini qeyd ediblər.