A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Azərbaycanda və dünyada su ehtiyatlarından səmərəli istifadə problemləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Mehriban Kərimzadə, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov və “İqtisadiyyat” kafedrasının dosenti İlhamə Mahmudova iştirak ediblər.

Dosent Adik Məmmədov çıxışında su ehtiyatlarının həm qlobal, həm də yerli səviyyədə qarşılaşdığı problemlərdən danışıb. O, su çatışmazlığının qarşısının alınması və mövcud ehtiyatlardan səmərəli istifadə olunması üçün bir sıra vacib təkliflər irəli sürüb. Dosentin sözlərinə görə, yağış və ərimiş suların yeraltı anbarlarda toplanması, çirkab sularının dənizlərə axıdılmasının qarşısının alınması, dəniz suyunun şirinləşdirilməsi və qapalı dövriyyə iqtisadiyyatının tətbiqi kimi tədbirlər su ehtiyatlarının qorunmasına və davamlı idarə edilməsinə mühüm töhfə verə bilər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay