Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsi şəhidi Ağaəmi Heybətovun şəhadətə yüksəldiyi gün münasibətilə anım mərasimi keçirilib.
Anım mərasimində fakültənin dekanı, i.f.d. Yusif Əliyev, dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimləri dosent, i.f.d. Oqtay Quliyev, i.f.d. Maqsud Mirzəyev, i.f.d. Sahib Ramazanov və fakültənin tələbələri Ağaəmi Heybətovun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.