×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və Barattson Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Təqdimat texnologiyalarında innovativ yanaşma: PowerPoint-də VBA süni intellekt inteqrasiyası” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, UNEC-də tələbələrin nəzəri biliklərlə yanaşı, müasir texnologiyalar və innovativ yanaşmalar üzərində praktiki bacarıqlar qazanmasının vacibliyini vurğulayıb, əmək bazarının sürətlə dəyişdiyi dövrdə təqdimat texnologiyalarının effektiv tətbiqinin və süni intellekt alətlərindən istifadə bacarığının gələcək mütəxəssislərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib, bu cür seminarların tələbələrdə yaradıcılıq, analitik düşüncə və rəqəmsal savadlılıq kimi keyfiyyətlərin formalaşmasına töhfə verdiyini qeyd edib.

Barattson Təlim Mərkəzinin təlimçisi Nicat Qarayev çıxış edərək təqdimat texnologiyalarında müasir tendensiyalar və süni intellektin praktiki tətbiqi imkanları barədə danışıb, təqdimatların hazırlanması sahəsində VBA (Visual Basic for Applications) platforması vasitəsilə PowerPoint proqramına süni intellekt alətlərinin inteqrasiyasının istifadəçilərə yeni yaradıcılıq və səmərəlilik imkanlarının açdığını vurğulayıb, VBA skriptləri vasitəsilə təqdimat slaydlarının avtomatik generasiyası, məzmunun dinamik şəkildə formalaşdırılması, dizayn elementlərinin süni intellekt tərəfindən seçilməsi və optimallaşdırılması kimi funksiyaların tətbiqi imkanlarını nümayiş etdirib. Təlimçi həmçinin tələbələrə AI modellərinin PowerPoint mühitinə qoşulması, chatbot əsaslı təqdimat köməkçilərinin hazırlanması və məlumat analizinin vizual təqdimatlara çevrilməsi kimi praktiki nümunələr təqdim edib.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay