UNEC-in Biznes və menecment fakültəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 18 may - 18 iyun tarixlərində ölkəmizdə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi insan hüquq və azadlıqlarının təbliği, gənclərin öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılması və insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin cəlb edilməsi olub.
Fakültənin dekan müavini, dosent Elbrus Əkbərov “İnsan Hüquqları Aylığı”nın əhəmiyyətindən danışaraq, vətəndaş cəmiyyətinin inkişafında hüquqi maarifləndirmənin vacibliyini vurğulayıb.
Daha sonra “İqtisadiyyat” kafedrasının müəllimi Elza Əhmədova mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, beynəlxalq təcrübə və bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.