Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və onun nəzdində fəaliyyət göstərən Xüsusi İstedadlar Klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününə və qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Bədii-Qiraət Müsabiqəsi” baş tutub.
Müsabiqə zamanı tələbələr həm özlərinin, həm də Azərbaycan şairlərinin qələmə aldıqları şeirləri və inşaları səsləndiriblər.
Çıxışları dinləyib qiymətləndirmək üçün münsiflər heyəti kimi UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov və UNEC Əsaslı Kitabxanasının müdiri Yusif Musayev iştirak ediblər.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
- Rəfiqə Canıyeva
- Turan Mirzəyev
- Nurcan Oruczadə
İnşa nominasiyası üzrə qalib:
- Nərgiz Yusifova