Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistrantların informasiya resurslarına çıxış imkanlarını genişləndirmək məqsədilə “Elektron resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.
UNEC Əsaslı kitabxanasının müdiri Yusif Musayev təlimin əsas məqsədinin UNEC-də təhsil alanların sənəd-informasiya resurslarına əlyetərliyini artırmaqdan ibarət olduğunu bildirib. O, UNEC-də tətbiq edilən rəqəmsal universitet modeli çərçivəsində müəllim və tələbə kabinetləri ilə inteqrasiya olunmuş elektron kitabxana sistemindən, abunəliyi təmin edilmiş tam mətnli və analitik məlumat bazalarından, eləcə də oxucular üçün təqdim olunan hibrid xidmətlərdən ətraflı şəkildə danışıb. Həmçinin UNEC-də yaradılmış əlverişli tədqiqat mühiti və cari fondda yer alan aktual nəşrlər haqqında məlumat verib, elektron resurslardan istifadənin praktiki qaydalarını əyani şəkildə nümayiş etdirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.