UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi ,Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə görkəmli şair, Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100-cü ildönümünə həsr olunmuş “Xəmsə” intellektual yarışması keçirilib.
Yarışda 5 komanda 40-dan çox mövzu üzrə biliklərini sınaqdan keçirib. Gərgin və maraqlı mübarizədən sonra Beynəlxalq İqtisadiyyat Məktəbinin “Fimamcium” komandası 10.000-dən çox xal toplayaraq yarışmanın qalibi olub.
Tədbirin əsas məqsədi tələbələr arasında komanda ruhunu gücləndirmək, bilik və yaradıcılıq potensialını artırmaq, eləcə də gənclərdə milli-mənəvi dəyərlərə marağı və mədəni irsə hörməti təşviq etmək olub.