UNEC Biznes Məktəbinin (MBA) müəllimi Elman Cəfərovun dəvəti ilə inflünser-menecer Kənan Yusifov magistrantlarla görüş keçirib.
Qonaq mühazirəçi tələbələrlə “Sosial mediada reklam”, “Sosial medianın iqtisadiyyata və mədəniyyətə təsiri” mövzusunda geniş müzakirə aparıb.
Mühazirə zamanı K.Yusifov müasir marketinq strategiyalarının qurulması, hədəf auditoriyanın düzgün müəyyənləşdirilməsi, rəqəmsal platformalarda effektiv reklam alətləri və kontent planlaması barədə ətraflı məlumat verib. O, həmçinin sosial medianın iqtisadi proseslərə təsir mexanizmlərini izah edərək bu sahədə aktual tendensiyalara toxunub.
Tədbirdə sosial medianın mədəni dəyərlərin formalaşmasında rolu, istifadəçi davranışlarının dəyişməsi və brendlərin sosial məsuliyyət strategiyalarının əhəmiyyəti də müzakirə edilib.
Mühazirə tələbələrin interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.