A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı çərçivəsində tələbələr üçün “Kapital bazarı və Mərkəzi Bankın rolu” mövzusunda seminar keçirilib.

Tədbiri Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, seminarın əsas məqsədi, tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsinə yaratdığı imkanlar və peşəkar mühitlə tanışlıq baxımından əhəmiyyəti barədə məlumat verib, kapital bazarlarının müasir iqtisadiyyatın inkişafında oynadığı strateji rolunu, bu sahədə yüksək ixtisaslı kadr hazırlığının böyük aktuallıq kəsb etdiyini, eləcə də Universitetlə maliyyə qurumları arasında qurulan əməkdaşlığın tələbələrin gələcək peşəkar fəaliyyətinə mühüm töhfə verdiyini xüsusi olaraq vurğulayıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankının böyük analitiki, UNEC məzunu İbrahim Ağayev “Kapital bazarı və Mərkəzi Bankın rolu” mövzusunda geniş təqdimatla çıxış edərək ölkədə kapital bazarının inkişaf istiqamətləri, bazarın əsas iştirakçıları, qiymətli kağızların növləri, investisiya mühitinin formalaşma prinsipləri və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib. O, həmçinin kapital bazarında risklərin qiymətləndirilməsi, investorların hüquqlarının qorunması və bazar şəffaflığının təmin olunmasında Mərkəzi Bankın rolu kimi vacib məsələyə toxunaraq tələbələri real praktiki nümunələr əsasında proseslərlə tanış edib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay